"XXI Əsrin Qadınları" cənub bölgəsində tədbir keçirdi

16:51 - 16 İyun 2017 - Cəmiyyət

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin  təşkilatı dəstəyi  və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının malıyyə dəstəyi ilə "XXI Əsrin Qadınları” İctimai Birliyi Massallı, Lənkəran, Astara Dövlət Humanitar Kollecində "Insan alverinə qarşı mübarizə üzrə maarifləndirmə, bu sahədə psixoloji və hüquqi yardım təşəbbüslərinin dəstəklənməsi” layihəsini həyata keçirib. 

Təşkilatın sədri Mahirə Əmirhüseynova bildirib ki, həyata keçirilən layihənin əsas məqsədi insan alveri ilə bağlı həyata keçirilən dövlət proqramının icrasında ictimai rolun artırılması, regionlarda yaşayan gənclər və yeniyetmələr arasında insan alverinə qarşı mübarizə üzrə maarifləndirmə işinin təşkili, eləcə də bu problemdən əziyyət çəkən şəxslərin psixoloji və hüquqi müdafiəsinin həyata keçirilməsindən ibarətdir. Layihə Bakı şəhəri ilə yanaşı İsmayıllı, Şamaxı, Bərdə, Agcabədi, Agdam, Xaçmaz rayon rayonlarında tədbir keçirilib. Astara, Lənkəran, Masallı rayonlarında da bu tipli tədbir keçirməklə layihəyənin arenasının daha genişləndirmək məqsədi ilə tədbirlər davam etdirilir. M.Əmirhüseynova onu da vurğulayıb ki, üç ay müddətində icra olunan layihə çərçivəsində İnsan alverinə dair maarifləndirici buklet hazırlanıb, benefisarla paylanılıb, İnternet saytlarında "İnsan alverinə yox”, "Erkən nikahlara yox”, "Dini nikah ailə qurmaq üçün əsas deyil”, "Heç bir qadın cinsi istismara və fahişəliyə cəlb edilə bilməz” kimi maarifləndirici məlumatlar yerləşdirilib. Eyni zamanda İnsan alveri sahəsində hüquqi yardım xidmətinin təmin edilməsi və genişləndirilməsi işi həyata keçirilib. Layihə müddəti ərzində Bakıda və regionlarda benefisarlara pulsuz hüquqi məsləhət xidməti göstərib, onların inzibati və məhkəmə orqanlarında təmsilçiliyini həyata keçirib. Bundan başqa Bakı şəhəri və regionlarda insan alveri ilə mübarizəyə dair qanunvericilik barəsində 8 seminar və ictimai təşkil edilib. Layihə dövründə regionlarda hüquqi xidmət göstərən hüquqşünas və QHT könüllülərin insan alveri ilə mübarizəyə dair qanunvericiliklə bağlı biliklərinin və insan alveri qurbanlarının hüquqlarının müdafiəsi üzrə bacarıqlarının artırılması üçün xüsusi treninqlər təşkil edilib. Layihənin yekununda sosial məsələlər üzrə qanunvericiliyin araşdırılması, sorğuların keçirilməsi, dəyirmi masaların təşkili, layihədə nəzərdə tutulan digər fəaliyyətlər və araşdırmaların nəticəsi olaraq "İnsan alveri qurbanlarının hüquqlarının müdafiəsi ilə bağlı meydana çıxan problemlərin aradan qaldırılması və qanunvericiliyin təkmilləşdirilməsinə dair Tövsiyyələr” adlı yekun sənəd hazırlanaraq ictimai müzakirəsi keçiriləcək. Hazırlanmış Tövsiyyələr müvafiq dövlət orqanlarına təqdim ediləcək. 

Tədbirdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı polis mayoru İbrahim Əhmədov, Masallı Dövlət Regional Kollecinin direktoru Vidadi Nəzərov, Lənkəran Dövlət Humanitar Kollecinin direktoru Ruslan Həmidov , Astara Pedaqoji kollecin direktoru Ağababa İbrahimov İnsan alverinə qarşı QHT Koalisiyasının və "XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova, İnsan alverinə qarşı QHT Koalisiyasının cənub bölgəsi üzrə koordinatoru, "Hüquqi Yardım” ictimai birliyinin sədri İlqar Qasımov, təhsil üzrə ekspert, Nuranə Şıxəliyeva çıxış etmişlər.


Xəbər xətti