Sabaha olan hava məlumatı açıqlanıb

13:09 - 12 İyun 2017 - Xəbər

 Sabah ölkə ərazisində müşahidə olunacaq hava proqnozu açıqalnıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyunun 13-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 16-20° isti, gündüz  24-28° isti, Bakıda gecə  17-19° isti, gündüz  26-28° isti olacağı gözlənilir.
Atmosfer  təzyiqi 755 mm civə sütunundan 759 civə sütununadək yüksələcək. Nisbi rütubət  70-80 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə  leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir  güclənəcək. Havanın temperaturunun gecə 17-22° isti, gündüz  29-34° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti olacağı gözlənilir.    
Nazirlik hava şəraiti ilə bağlı xəbərdarlıq da edib. Xəbərdarlıqda bildirilir ki, iyunun 12-dən 13-ü gündüzədək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Xəbər xətti