Qətər onu bəlaya salan hücumun mənbəyini tapdı

12:26 - 8 İyun 2017 - Xəbər

Biz ABŞ və Britaniyanın yardımı ilə ölkənin rəsmi agentliyinə edilən haker hücumlarının mənbəyini aşkarlamışıq. Bu barədə informasiyanı Qətər Xarici İşlər Nazirliyi yayıb. Qeyd edək ki, bundan öncə Qətərin rəsmi dövlət agentliyinə haker hücumu olmuşdu. Bu hücum zamanı agentliyin saytında Qətər əmirinin adından İranı tərifləyən yazı dərc edilmişdi. İddiaya görə, ərəb ölkələrinin Qətərlə diplomatik münasibətlərini dayandırmasına əsas səbəb bu məqalədir. Körfəz ölkələri Qətərin bu məqalənin haker hücumu nəticəsində yerləşdirildiyi barədə rəsmi açıqlamasını ciddiyə almamışdılar.(axar.az)

Xəbər xətti