Ramazan Fətvasını pozan din xadimi işdən çıxarılıb

15:35 - 7 İyun 2017 - Xəbər

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Ramazanla bağlı fətvanı pozan din xadimini cəzalandırıb. QMİ-dən verilən məlumata görə, Qazılar Şurasının 24.05.2017-ci il tarixli Fətvasının tələblərini kobud şəkildə pozduğu üçün Ağdaş rayonu Qobuüstü kənd məscidinin dini ayinlər icraçısı Məmmədov Nurməhəmməd Rəsul oğlu İdarə rəhbərliyinin əmri ilə tutduğu vəzifədən azad edilib.

Xəbər xətti