Argentinalı hücumçu və kapitan Lionel Messi 2026-cı il Dünya Çempionatının qrup mərhələsində Əlcəzairə qarşı matçda üç qol vurub.
Ucnoqta.az xəbər verir ki, bununla da argentinalı bütün zamanların Dünya çempionatında bombardirləri siyahısında birinci yerə yüksəlib.
Oyun ABŞ-ın Missuri ştatının Kanzas-Siti şəhərində keçirilib.
O, 16 qolla bütün zamanların Dünya Çempionatının bombardirləri siyahısında birinci yerə yüksəldi. Messi ilə yanaşı, Almaniya millisinin hücumçusu Miroslav Kloze (16) da birinci yerdədir. Argentina hazırkı Dünya Kuboku çempionudur.