İşıq dirəyi avtomobilin üzərinə düşərək 18 yaşlı sərnişinin başını kəsib

08:12 - 22 May 2026 - HADİSƏ

Malayziyada 18 yaşlı Vah Han Keonq avtomobil qəzasında ölüb.

Ucnoqta.az bildirir ki, AsiaOne bu barədə xəbər verir.

Keonq 49 yaşlı atası Vah Tee Tun ilə birlikdə avtomobil qəzasına düşüb. "Volkswagen Golf" avtomobilinin sürücüsü hərəkət edərkən işıq dirəyinə dəyib və dirək onların avtomobilinin üzərinə düşüb.

İşıq dirəyi avtomobilin ön hissəsini deşib. Tunun sözlərinə görə, o, qolundan yüngül xəsarətlər alıb, Keonq isə ölüb. 

Xəbər xətti