İran İslam Respublikasına təkrar hücum halında ABŞ üçün yeni avadanlıq və silahlar da daxil olmaqla "gözlənilməz variantlar" hazırlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə İran hərbi sözçüsü Məhəmməd Əkrəminiya bildirib.
"Əgər yenidən səhv edib ölkəmizə hücum edərsə, şübhəsiz ki, gözlənilməz variantlarla qarşılaşacaqlar. Bunlara daha mürəkkəb və yeni avadanlıqlar, yeni müharibə metodları və ən əsası yeni ərazilər daxil olacaq", - Əkrəminiya IRNA xəbər agentliyinə verdiyi müsahibədə bildirib.
Əgər münaqişə bu yeni ərazilərə yayılarsa, Tehran düşməni qəfil yaxalaya biləcək, çünki Vaşinqton belə bir inkişafı qabaqcadan görə bilməyəcək, İran hərbi sözçüsü iddia edib.