Rusiya 123 PUA ilə Ukraynaya hücum etdi

09:31 - 28 Aprel 2026 - DÜNYA

28 aprel gecəsi Rusiya Federasiyası Ukraynaya 123 zərbə dronu ilə hücum edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb. Bildirilir ki, hava hücumundan müdafiə qüvvələri 95 dronu vurub. Məlumata görə, onlardan təxminən 80-i "Şahed" PUA olub.

Saat 08:00-a olan məlumata görə, hava hücumundan müdafiə qüvvələri ölkənin şimalında, cənubunda və şərqində 95 PUA-nı məhv edib və ya zərərsizləşdirib.

Xəbər xətti