ABŞ ilə iki həftəlik atəşkəs elan edildikdən sonra, İranın Ali Rəhbəri Əli Xameneinin ölümünün 40-cı günü Tehranda çərşənbə günü anım mərasimi keçiriləcək.
Ucnoqta.az bildirir ki, bu barədə Böyük Tehran Yol Polisinin rəisi Əbülfəzl Musəvipur məlumat verib.
İRNA-nın məlumatına görə, o, şəhər mərkəzində nəqliyyatın hərəkətinə məhdudiyyətlərin yerli vaxtla səhər saat 7:00-da, mərasimin isə səhər saat 9:30-da başlayacağını bildirib.