"Tottenhem Hotspur" baş məşqçi İqor Tudorla müqaviləsinin qarşılıqlı razılıq əsasında ləğv edildiyini açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, xorvatiyalı məşqçi 14 fevraldan bəri klubda çalışır və Tomas Frankı əvəz edirdi. O vaxtdan bəri komanda İngiltərə Premyer Liqasında dörd oyunda uduzub, bir oyunda heç-heçə edib, Çempionlar Liqasının 1/8 final mərhələsində isə "Atletiko Madrid"ə məğlub olub.
Komanda 31 oyundan sonra 17-ci yerdədir və düşmə zonasından bir xal yuxarıdadır.