İsrail ordusu Livandakı kilsənin yaxınlığında "Hizbullah" tunelini aşkarlayıb

18:08 - 27 Mart 2026 - DÜNYA

İsrail ordusu Livanın cənubundakı basqınlar zamanı yerli bir kilsənin yaxınlığında hərbi qurğular aşkar ediblər.

Ucnoqta.az xəbər verir ki, Ordunun mətbuat xidməti bildirib ki, İsrail qoşunları Livanla sərhəddəki Əl-Xiyam şəhəri yaxınlığındakı bir kilsənin yaxınlığında tunelə giriş və yeraltı infrastruktur aşkar ediblər.

Ordu həmçinin Əl-Xiyam ərazisindəki bir məktəbdə yüzlərlə silah tapıldığını iddia edir.

Xəbər xətti