Ukrayna və Səudiyyə Ərəbistanı müdafiə əməkdaşlığı müqaviləsi imzalayıblar

13:15 - 27 Mart 2026 - DÜNYA

Ukrayna və Səudiyyə Ərəbistanı müdafiə əməkdaşlığı müqaviləsi imzalayıblar.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bunu Telegram kanalında açıqlayıb.

"Ukrayna və Səudiyyə Ərəbistanının müdafiə nazirlikləri arasında müdafiə əməkdaşlığı ilə bağlı mühüm bir razılaşma var. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudla görüşümüzdən əvvəl müvafiq sənəd imzalandı. Bu, gələcək əlaqələr, texnoloji əməkdaşlıq və investisiya üçün təməl qoyur", - deyə o yazıb.

Xatırladaq ki, Zelenski cümə axşamı Səudiyyə Ərəbistanına gəlib.

Xəbər xətti