Moldova hökuməti MDB-nin əsas müqavilələrindən - Birliyin yaradılması haqqında Sazişdən, onun Nizamnaməsindən və Alma-Ata Bəyannaməsindən çıxmağı təsdiqləyib.
Ucnoqta.az xəbər verir ki, bu qərar hökumətin veb saytında yayımlanan Nazirlər Kabinetinin iclasında qəbul edilib.
Sənəddə qeyd olunur ki, 8 dekabr 1991-ci ildə imzalanmış Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında Saziş və 21 dekabr 1991-ci ildə imzalanmış Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında Sazişə Protokol bununla ləğv edilir.
Həmçinin, 22 yanvar 1993-cü ildə Minskdə qəbul edilmiş Müstəqil Dövlətlər Birliyinin Nizamnaməsi bununla ləğv edilir.