İsrail Müdafiə Qüvvələri (İMQ) Livanın cənubundakı "Hizbullah" bölməsinin məhv edildiyini açıqladı.
Ucnoqta.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələri (İMQ) Livanın cənubundakı radikal qrupun komandanlıq mərkəzinə hava hücumu ilə Hizbullah bölməsinin məhv edildiyini açıqlayıb.
Qeyd olunur ki, əsgərlər İMQ-nin Livanın cənubunda fəaliyyət göstərdiyi ərazidə təşkilatın komandanlıq mərkəzi kimi istifadə etdiyi binaya sızan bir neçə "Hizbullah" terrorçusunu aşkar ediblər. Terrorçuları müəyyən etdikdən sonra İsrail Hərbi Hava Qüvvələri onları vuraraq məhv edib.