Kral Ordusu və Kral Hərbi Hava Qüvvələrinin şəxsi heyəti hərbi əməliyyatların dayandırılmasından sonra Ukraynaya yerləşdirilmə hazırlıqlarına başlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Con Hili bildirib.
Nazir bildirib ki, Ukrayna üçün çoxmillətli qüvvələr səmada və dənizlərdə təhlükəsizliyin təmin edilməsi və Ukrayna Silahlı Qüvvələrinin gələcəkdə yenidən qurulması üçün sülh əldə edildikdən sonra yerləşdiriləcək.
Britaniya Ordusu və Kral Hərbi Hava Qüvvələri hazırda hazırlıq məqsədilə təlimlər keçirir.