Pentaqon ABŞ ordusuna Elon Maskın xAI tərəfindən hazırlanmış süni intellekt (Sİ) ilə işləyən çatbot olan "Grok"u məxfi sistemlərində istifadə etməyə icazə verib.
Ucnoqta.az bildirir ki, bu barədə bazar ertəsi Axios məlumat verib.
Mənbəyə görə, ABŞ Müdafiə Nazirliyi və xAI orduların "Grok"u məxfi sistemlərdə istifadə etməsinə icazə verən müqavilə imzalayıblar.
Bu sistemlər kəşfiyyat, silahların hazırlanması və döyüş əməliyyatları ilə bağlıdır. Portal qeyd edir ki, Pentaqon əvvəllər bu sistemlərdə yalnız Amerika şirkəti Anthropic tərəfindən hazırlanmış Sİ modeli olan "Claude"un istifadəsinə icazə verib.
ABŞ Müdafiə Nazirliyi hazırda "Anthropic" ilə tərəfdaşlığına son qoymağı düşünür, çünki şirkət "Claude"un hərbi istifadəsinə məhdudiyyətləri saxlamaqda israr edir.
Portal qeyd edir ki, "xAI"nin Pentaqon üçün "Anthropic"i tamamilə əvəz edə biləcəyi hələlik məlum deyil.