17 yaşlı qız binadan yıxılaraq öldü

09:59 - 23 Fevral 2026 - HADİSƏ

Sumqayıtda yeniyetmə bədbəxt hadisə nəticəsində ölüb.

Ucnoqta.az məlumat verir ki, hadisə şəhərin 45-ci məhəllə ərazisində qeydə alınıb.

İlkin məlumata görə, 17 yaşlı qız binadan yıxılaraq ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Məlumata əsasən, yeniyetmənin ehtiyatsızlıq nəticəsində binadan yıxıldığı bildirilir.

Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti