Taylandda qəzəbli fil insanlara hücum etdi

09:34 - 20 Fevral 2026 - HADİSƏ

Taylandda qəzəbli fil insanlara hücum edib.

Ucnoqta.az xəbər verir ki, fillərdən birinin digərindən ayrılmasına cəhd olunarkən onlardan biri qəzəblənərək sahibinə hücum edib.

Qəzəblənmiş fil bir neçə maşını aşırıb. Daha sonra avtomobil yoluna çıxaraq digər insanlara hücum edib.

Taylandda fillərin təcavüzkarlıq nümayiş etdirərək turistlərə və piyadalara hücum etməsi ilə bağlı bir neçə faciəvi hadisələr qeydə alınır. Əsas səbəblərin turizm sənayesində istismardan qaynaqlanan ağır stress, ərazi müdafiəsi, xüsusən də balalı dişi fillər arasında vəhşi fillərin gözlənilməzliyi olduğuna inanılır.

Xəbər xətti