Xəbər verdiyimiz kimi, "Kəpəz"in futbolçusu Veysəl Rzayev Gəncə şəhərində bıçaqlanıb.
Ucnoqta.az Demokrat.az-a istinadən xəbər verir ki, futbolçu yaxın "Niko" adı ilə tanınan dostu və iki xanım tanışı ilə birlikdə gecəni restoranlardan birində keçirib. Onlar daha sonra qızları evə ötürərkən sözügedən hadisə baş verib.
Qızlardan birinin keçmiş sevgilisi avtomobillə onların yolunu kəsib. Onlar avtomobildən düşərək mübahisə etməyə başlayıblar. Davaya çevrilən mübahisə bıçaqlanma ilə nəticələnib. Belə ki, "Kəpəz"in futbolçusu Veysəl Rzayev bıçaqla yaralanıb.
Hazırda Gəncə şəhər 3 nömrəli Təxirəsalınmaz Təcili Yardım Xəstəxanasının reanimasiyada olan futbolçunun vəziyyəti orta-stabildir.