Yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin sayı azalıb

13:22 - 14 Noyabr 2025 - Cəmiyyət

Yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin sayı azalıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə "Uşaq Hüquqları Aylığı" və Milli Fəaliyyət Planına uyğun olaraq “Uşaq hüquqları naminə şəffaflıq və rəqəmsal islahatlar” mövzusunda keçirilən dəyirmi masada bildirilib.

Belə ki, 2024-cü ildə yetkinlik yaşına çatmayanlar tərəfindən 472 cinayət törədilib. Onlardan 460-ı oğlan 12-si qızlar tərəfindən baş verib. 2025-ci ildə isə belə cinayətlərin sayı 355 olub ki, onlardan 346-sı oğlan, 9-u qızlar tərəfindən törədilib.

Xəbər xətti