Gümüşün qiyməti bütün zamanların ən yüksək həddinə çatıb.
Ucnoqta.az xəbər verir ki, ticarət məlumatlarına görə, Comex birjasında (Nyu-York Ticarət Birjasının bir bölməsi) 2025-ci ilin dekabr ayı üçün çatdırılma gümüş fyuçerslərinin qiyməti troya unsiyası üçün 54 dolları keçib.
Belə ki, qiymətli metalın qiyməti 6,34% artaraq troya unsiyası üçün 54,2 dollara çatıb.