Məhkəmə Azərbaycan diasporu rəhbərinin oğlunu HƏBSDƏ SAXLADI

12:18 - 30 İyul 2025 - Xəbər

Məhkəmə Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbərinin oğlu Mütvala Şıxlinskinin dövlət məmuruna qarşı zorakılıq faktı ilə bağlı iki ay müddətinə həbs edilən oğlunun barəsində seçilmiş həbs-qətimkan tədbirini qüvvədə saxlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə vilayət məhkəmələrinin birləşmiş mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Şıxlinski və vəkili birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verib. İş materialları ilə tanış olan və tərəflərin fikirlərini dinləyən Sverdlovsk Vilayət Məhkəməsi Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsinin qərardadını dəyişməz saxlayıb. M.Şıxlinski 2025-ci il sentyabrın 14-dək həbsdə qalacaq.

Xəbər xətti