Məhəmməd ad günündə dənizdə boğulubmuş - VİDEO

08:38 - 24 İyul 2025 - Cəmiyyət

Mərdəkanda dənizdə batan 18 yaşlı Məhəmməd İsmayılovun meyiti tapılıb.

Ucnoqta.az xəbər verir ki, M. İsmayılov dostu ilə birlikdə ad gününü qeyd etmək üçün dənizə gedib. 

Dənizə daxil olduqdan sonra isə onu tapmaq mümkün olmayıb. 

Axtarışlardan sonra yeniyetmənin meyiti tapılaraq dənizdən çıxarılıb. Onun üzərində qan izləri olduğundan başının qayalara dəyərək öldüyü ehtimal edilir.

Mərhumun atası bildirib ki, Məhəmməd onun tək övladı idi. Həmçinin qeyd edib ki, oğlunun yanında gələn dostunu tanımır. 

Qeyd edək ki, həmin ərazi qeyri-çimərlik zonası olduğundan hadisəyə dərhal müdaxilə etmək mümkün olmayıb.

Daha ətraflı “Xəzər TV”nin videomaterialında:

Xəbər xətti