ÜST rəhbəri əməkdaşlarının dərhal azad edilməsini tələb etdi

07:08 - 22 İyul 2025 - DÜNYA

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus İsrail hakimiyyətindən təşkilatın Qəzza zolağında ÜST binalarında saxlanılan əməkdaşlarını dərhal azad etməyi tələb edib.

Ucnoqta.az xəbər verir ki, o, sosial şəbəkədə yazıb:

"ÜST saxlanılan işçilərin dərhal azad edilməsini və bütün personalın müdafiəsini tələb edir" o, X-də qeyd edib.

Qebreyesus bildirdi ki, İsrail əsgərləri ÜST-nin əməkdaşlarının yerləşdiyi Deyr əl-Bəlahdakı binalarına hücum edərək, "aktiv münaqişə şəraitində qadın və uşaqları əl-Məvasiyə (humanitar zona - İF) piyada təxliyə etməyə məcbur ediblər".

Təşkilatın iki əməkdaşı və onların ailələrinin iki kişi üzvü saxlanılıb.

Daha sonra onlardan üçü sərbəst buraxılıb, bir nəfər isə həbsdə qalır.

ÜST-nin baş direktoru qeyd edib ki, Qəzza zolağında kəskin tibbi xidmət və dərman çatışmazlığı şəraitində təşkilatın binalarına edilən bu basqın onun fəaliyyətinin və bütövlükdə anklavın səhiyyə sisteminin zəifləməsinə gətirib çıxarır.

Xəbər xətti