Çimərliklərdə moped, motosiklet, kvadrovelosiped və at sürmək qadağandır.
Ucnoqta.az xəbər verir ki, bu barədə DİN Mətbuat xidmətinin rəhbəri polkovnik-leytenant Elşad Hacıyev sosial şəbəkədə yazıb.
DİN rəsmisi qeyd edir ki, bu cür nəqliyyat vasitələrinin və heyvanların insanların sıx olduğu istirahət zonalarında hərəkəti qanunla qadağandır:
"Çünki belə hallarda uşaqların, yaşlıların və digər istirahət edən şəxslərin həyat və sağlamlığı ciddi təhlükə altına düşür.
Çimərliklərdə məsuliyyətsiz davranış faciəyə səbəb ola bilər. Düşünün ki, ehtiyatsızlıqla bir uşağa zərər yetirsəniz, bunun mənəvi ağırlığını bir ömür boyu daşımalı olacaqsınız.
İctimai asayişə və təhlükəsizliyə hər kəs məsuliyyətlə yanaşmalıdır. Unutmayaq ki, çimərlik istirahət üçündür, riskli hərəkətlər üçün deyil".