Cənubi Koreyada yağan güclü yağışlar nəticəsində 4 nəfər ölüb.
Ucnoqta.az xəbər verir ki, Renhap agentliyinin məlumatına görə, güclü yağışlar nəticəsində 4 nəfər həlak olub, daha bir nəfər itkin düşüb, 5 mindən çox insan təxliyə edilib.
Ən çox itki Çunçonqnam-do əyalətində qeydə alınıb.
Cümə günü səhər saatlarına olan məlumata görə, 13 şəhər və əyalətdən 5192 nəfər evlərindən təxliyə edilib.
İki sərnişin bərə marşrutu dayandırılıb, yeddi əsas xətt üzrə qatarların hərəkəti qismən dayandırılıb.
Cənubi Koreya hökuməti təbii fəlakətlə bağlı hərtərəfli cavab tədbirləri üçün müvafiq nazirlik və agentlikləri səfərbər edib.
Koreya Meteorologiya İdarəsi Qvanqju, Busan, Ulsan şəhərlərində daha 100-200 mm, mərkəzi Çunçonq və Collabuk-do əyalətində, həmçinin Daequ və Gyeongsangbuk-do əyalətlərində 50-150 mm yağıntının olacağını proqnozlaşdırır.