Suriya xalqı müharibədən qorxmur və öz ləyaqəti uğrunda döyüşməyə hazırdır.
Ucnoqta.az ərəb mətbuatına istinadən xəbər verir ki, Suriyanın müvəqqəti prezidenti Əhməd Əl Şaraa bildirib.
"Biz müharibədən qorxanlardan deyilik. Biz həyatımızı çətinliklərlə üzləşərək və xalqımızı müdafiə etməklə keçirmişik, lakin suriyalıların maraqlarını xaos və dağıntıdan üstün tutmuşuq", - ərəb mediası Əl Şaraaya istinadən yazıb.
Suriyanın müvəqqəti prezidenti qeyd edib ki, İsrail ölkəni münaqişə zonasına çevirmək istəyir və buna yol vermək olmaz.
Əl Şaraa druzları Suriyanın ayrılmaz hissəsi adlandırıb və İsrailin nifaq salan hərəkətlərini pisləyib.