Yəmənin Ənsar Allah üsyançı hərəkatının husiləri ballistik raketdən istifadə edərək Tel-Əvivdəki Ben-Qurion hava limanına hücum da daxil olmaqla, İsraildəki hədəflərə bir sıra zərbələr endirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə hərəkatın hərbi sözçüsü Yəhya Sariya bildirib.
Sariya bildirir ki, raket qüvvələri hərbi əməliyyat keçirib, bu zaman onlar Lod hava limanında Zülfiqar tipli ballistik raket atıblar.