Massaçusetsdə (ABŞ) qocalar evində baş verən yanğın nəticəsində azı 9 nəfər ölüb, 30 nəfər yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.
Agentliyin məlumatına görə, yanğın iyulun 13-də axşam saatlarında Fall Riverdə, təxminən 70 nəfərin yaşadığı "Gabriel House" qocalar evində baş verib.
Yanğının söndürülməsinə 50-yə yaxın yanğınsöndürən cəlb olunub.
Agentliyin məlumatına görə, qatı tüstü və alov binada olanların təxliyə yolunu kəsib. Zərərçəkənlərin çoxu xəstəxanaya yerləşdirilib.