103 yaşlı qadın uzun yaşamasının sirrini açdı – şərab

06:07 - 14 İyul 2025 - MARAQLI

Britaniyanın Market Harboro şəhərinin 103 yaşlı sakini uzun ömrün sirri kimi qırmızı şərabı açqılayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Harborough Mail məlumat yayıb.

Market Ceykobs 1 iyun 1922-ci ildə anadan olub və beş uşağın ən kiçiyi olub. İkinci Dünya Müharibəsi zamanı o, məmur köməkçisi işləyib. Qadının iki övladı, iki nəvəsi və dörd nəticəsi var.

Yüzillik yaşına qədər müstəqil yaşayıb və yalnız 2024-cü ilin avqustunda, 102 yaşı olanda qocalar evinə köçüb.
Bağda vaxt keçirməyi sevir, ədəbiyyat və poeziya ilə maraqlanır.

Onun doğum günü şərəfinə qocalar evinin ailəsi və işçiləri şarlar və tort ilə şənlik təşkil ediblər. Ceykobs ondan bu yaşına qədər necə yaşaya bildiyini soruşduqda o, ruhdan düşməməyi və qırmızı şərab içməyi məsləhət görüb.
 

Xəbər xətti