Dağıstanda 3,5 bal gücündə zəlzələ olub

15:23 - 11 İyul 2025 - Xəbər

Dağıstanın Tsuntinski rayonunda 3,5 bal gücündə zəlzələ baş verib. 

Ucnoqta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Respublika üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Yeraltı təkanlar nəticəsində tələfat və dağıntılar barədə məlumat daxil olmayıb. 

Xəbər xətti