Vaşinqton Qəzzada atəşkəs razılaşmasına və girovların azad edilməsinə çox yaxındır.
Ucnoqta.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.
"Biz razılığa çox yaxınıq... Biz atəşkəs istəyirik. Biz sülh istəyirik. Girovların geri qaytarılmasını istəyirik və düşünürəm ki, buna yaxınıq", - Amerika lideri bildirib.
Bundan əvvəl Fələstinin Həmas hərəkatı Qəzzada atəşkəs danışıqları zamanı 10 girovu azad etməyə razılaşdığını bildirmişdi.
İyulun 9-da baş nazir Benyamin Netanyahu İsrail və HƏMAS hakimiyyətinin razılığa gəlməyə yaxın olduğunu bildirib.