Honq-Konqda 19-cu əsrə aid Britaniya top lüləsi tapılıb

08:22 - 9 İyul 2025 - MARAQLI

Honq-Konqun cənubundakı Tsim Şa Tsui ərazisində Britaniya ordusunun 19-cu əsrə aid ola bilən top lüləsi tapılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə iyulun 8-də "South China Morning Post" (SCMP) məlumat yayıb.

Topun əvvəlcə yerin 3 m dərinliyində basdırılmış bomba ola biləcəyi ehtimal edilib. “Bastille Post”un məlumatına görə, Honq-Konq polisi bu səbəbdən 40 nəfəri təxliyə edib.

Nəşr qeyd edib ki, lülənin diametri təxminən 15 sm, uzunluğu isə təxminən 4 m-dir.

Xəbər xətti