Gündə bir ədədi Alzheymerdən qoruyur! 

06:38 - 8 İyul 2025 - Cəmiyyət

Yumurtanın Alzheymer xəstəliyinə qarşı qoruyucu təsirə malik olduğunu ortaya çıxıb. Gündə istehlak edilən 1 qaynadılmış yumurta belə, sonrakı yaşlarda inkişaf edə biləcək Alzheymer xəstəliyinə qarşı qoruyucu qalxan rolunu oynayır. 

Ucnoqta.az xəbər verir ki, Nutrient jurnalında dərc edilən bir araşdırma, gündə 1 və ya 2 qaynadılmış yumurta yeməyin daha sonrakı yaşlarda inkişaf edə biləcək Alzheymer xəstəliyindən qoruya biləcəyini üzə çıxarıb.

 Hətta 1, 2 və ya 3 yumurta yeməyin ümumi sağlamlıq baxımından heç bir zərər verməyəcəyi iddia edilir. Bu iş, yumurta yeyənlərlə yumurta yeməyənlərin müqayisə edildiyi uzun müddətli bir təqib işidir və fərdlərin yaddaş testləri qiymətləndirilmişdir.

Bu araşdırmada mütəmadi olaraq 1 yumurta yeyənlərin yaddaş baxımından daha sabit olduğu və daha yaxşı düşünmə qabiliyyətinə sahib olduğu müəyyən edilib.
Yumurtaların beyində öyrənmə və yaddaşa təsir edən asetilkolinin xəbərçisi olan xolinlə zəngin olduğu və bunun idrak sağlamlığına müsbət təsir göstərə biləcəyi araşdırıldı.

Bədənimizin beyində kimyəvi xəbərçi rolunu oynayan kolinə ehtiyacı olduğu bilinir və beyində bu kimyəvi xəbərçilərin azalması səbəbindən yaşla birlikdə kolinə ehtiyacın əhəmiyyətli dərəcədə artdığı da bildirilir.

Kolin çatışmazlığı varsa, öyrənmək, düşünmək və yaddaşı saxlamaq qabiliyyəti də yaşla mənfi təsirlənir. Nəhayət, yumurta beyində oksidləşdirici stressi azaldan selen, omeqa 3 və D vitamini ilə zəngindir. Gündə 1 və ya 2 yumurtanın beyin sağlamlığı üçün sağlam olduğunu və xolesterinə mənfi təsir göstərmədiyini vacib məlumat kimi əlavə edək.

Xəbər xətti