868 şəxsə ƏDV geri qaytarılmayıb - SƏBƏBİ ...

11:47 - 7 İyul 2025 - İQTİSADİYYAT

Bu ilin I yarısında Dövlət Vergi Xidmətinə (DVX) "ƏDV geri al" layihəsi çərçivəsində 2 665 müraciət daxil olub.

Ucnoqta.az xəbər verir ki, bundan 1 768 müraciət üzrə 14,8 milyon manat vəsait vətəndaşlara ödənilib, 868 müraciətə isə müvafiq qaydaların tələblərinə əsasən baxılmaqdan imtina edilib.

Hesabat dövründə müraciətlərin araşdırılması zamanı imtinaya səbəb olan bir sıra hallar müşahidə olunur. Dövlət Vergi Xidməti belə halları bir daha vətəndaşların diqqətini çatdırıb: 

- son ödəniş tarixindən 90 gün ərzində müraciət olunmaması;

- ödənişin təyinatında e-qaimənin məlumatlarının əks edilməməsi;

- ödənişin tam və yaxud bir hissəsi başqa şəxslər tərəfindən həyata keçirildiyi halda ödəniş tarixinə nümayəndənin səlahiyyətini notarial qaydada təsdiq edən tibarnamənin olmaması;

- Ödəniş zamanı ƏDV və əsas məbləğlərin ayrılıqda ödənilməməsi.

Alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləği isə satıcının ƏDV depozit hesabına ödənilməlidir.

DVX mənzil tikintisi ilə məşğul olan şəxslərə müvafiq məlumat formalarının qanunvericilikdə nəzərdə tutulmuş qaydada təqdim olunmasını tövsiyə edir.

Xatırladaq ki, ƏDV-nin bir hissəsinin qaytarılması dövlət ipoteka krediti vasitəsilə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələri üzrə mənzillərə də şamil edilir.

Xəbər xətti