Kanadanın baş naziri Mark Karni ABŞ-ın yeni tariflərini qeyri-qanuni və əsassız adlandırıb və bildirib ki, Ottava Vaşinqtonun bu hərəkətlərinə cavab vermək üçün vaxta ehtiyac duyacaq.
Ucnoqta.az xəbər verir ki, hökumət başçısı jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Ottavaya "cavab verməzdən əvvəl bir az vaxt lazımdır, lakin çox deyil". Karni qeyd edib ki, Kanada hazırda ABŞ ilə tariflər üzrə danışıqları davam etdirir və Vaşinqtonun hərəkətləri, onun dediyi kimi, konkret olaraq Kanadaya yönəlməyib, qlobal xarakter daşıyır.