NATO Ukraynanı Haaqa sammitinə dəvət edib - Rutte

14:16 - 4 İyun 2025 - DÜNYA

NATO-nun baş katibi Mark Rutte Ukraynanı alyansın Haaqa sammitinə dəvət edib.

Ucnoqta.az xəbər verir ki, Rutte bu barədə iyunun 5-də təşkilata üzv ölkələrin müdafiə nazirlərinin görüşündən əvvəl keçirilən mətbuat konfransında deyib.

"Mən Ukraynanı sammitə dəvət etdim. Tezliklə proqramı onlara təqdim edəcəyik", - Rutte deyib.

O, sammitin yekun bəyanatında Ukraynanın qeyd edilib-edilməyəcəyi sualına cavab verməsə də, bu mövzunun “müzakirə ediləcəyini” vurğulayıb. Baş katibin sözlərinə görə, sammit bütünlüklə alyansın hərbi imkanlarının və xərclərinin artırılmasına həsr olunacaq.

Xəbər xətti