TikTok sosial şəbəkəsi Avropa Komissiyasının tənqidindən sonra ekstremal arıqlama üsullarını təbliğ edən #skinnytok heşteqini qadağan edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropanın “Politico” nəşri məlumat yayıb.
"#skinnytok üçün axtarış nəticələrini blokladıq, çünki o, arıqlamaqla bağlı qeyri-sağlam məzmunla əlaqəli idi" -TikTok sözçüsü Paolo Ganino deyib.
Bu həştəqin axtarışı indi psixoloji dəstək xidmətinə keçidə gətirib çıxarır.
“Politico” yazır ki, Avropa Komissiyasının diqqəti #skinnytok-a gənc qadınların ekstremal pəhrizləri təbliğ etdiyi və arıqlamaq üçün məsləhətlər dərc etdiyi videoların populyarlığına yönəlib.
Eyni zamanda, Aİ sosial şəbəkənin alqoritmlərinin Rəqəmsal Xidmətlər Qanununu pozub-pozulmadığını müəyyən etmək üçün geniş araşdırmanı davam etdirir.di.