Türkiyənin cənubunda bir gecədə baş verən zəlzələdən sonra 14 yaşlı qız həyəcandan dünyasını dəyişib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəisi məlumat verib. Qız xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb. Daha 69 nəfər xəsarət alıb.
Yeraltı təkanlar Türkiyənin Marmaris kurortu yaxınlığında qeydə alınıb. Zəlzələnin ocağı 67 km dərinlikdə yerləşib. Heç bir dağıntı olmayıb.