Kursk vilayətinin Jeleznoqorsk rayonunda Trosna-Kalinovka avtomobil yolunun 48-ci km-də körpü uçub.
Ucnoqta.az xəbər verir ki, bu barədə vilayət qubernatoru vəzifəsini icra edən Aleksandr Xinşteyn özünün Teleqram kanalında məlumat verib.
Rayon rəhbərinin sözlərinə görə, qatarın bir hissəsi körpünün altında yerləşən yola düşüb. "Teplovozda yanğın başlayıb - Fövqəladə Hallar Nazirliyi onu operativ şəkildə lokallaşdırıb. Qalan qatarlar dəmir yolu platformasındadır", - o əlavə edib.