Su xətlərində aparılacaq təmir işləri ilə əlaqədar Xətai, Səbail, Nəsimi rayonlarının bəzi ərazilərinə suyun verilməsində oktyabrın 3-ü saat 10:00-dan 00:00-a qədər fasilə yaranacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, saat 00:00-dan etibarən suyun mərhələli şəkildə verilməsi həyata keçiriləcək.