Husilər İsrail gəmisinə raket zərbəsi endiriblər

00:56 - 26 Aprel 2024 - SİYASƏT

Yəmənin üsyançı hərəkatı Ənsar Allah (Husilər) Ədən körfəzindəki MSC Darvin gəmisinə hücum etdiyini iddia edib. 

Ucnoqta.az xəbər verir ki, bu barədə husilərin hərbi nümayəndəsi Yəhya Səriya teleqramda yazıb.

“Yəmən Silahlı Qüvvələrinin dəniz qüvvələri Ədən körfəzində İsrailin “MSC Darwin” gəmisinə raket və pilotsuz uçuş aparatları ilə hücum edib, əməliyyat öz məqsədlərinə uğurla çatıb”, - məlumatda deyilir.

Xəbər xətti