Səbaildə maşın oğrusu saxlanıldı

13:33 - 4 May 2024 - HADİSƏ

Səbaildə maşın oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Ucnoqta.az-a verilən xəbərə görə, Səbail Rayon Polis İdarəsinə mayın 2-si saat 03 radələrində Rüfət adlı şəxsin Bakı şəhər sakini olan bir nəfəri bıçaqla hədələyib onun “Renault” markalı avtomobilini quldurluq yolu ilə talaması barədə məlumat daxil olub.

Avtomobil həmin gün saat səhər saatlarında polislər tərəfindən Salyan yolu 12-nin qarşısında saz vəziyyətdə tapılıb.

Hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 2000-ci il təvəlüldlü Rüfət Eynullayev müəyyən olunaraq saxlanılıb.

Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər xətti