Ermənistan polisi dörd kəndin Azərbaycana verilməsinə və sərhədin delimitasiyasına qarşı etiraz aksiyalarının 29 iştirakçısını saxlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə polisin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, İrəvanda 17, Tavuş vilayətində 12 nəfər saxlanılıb.
Bundan əvvəl Ermənistanın bir sıra rayonlarında nümayişçilər beynəlxalq əhəmiyyətli avtomobil yolları da daxil olmaqla, magistral yolları bağlamağa cəhd ediblər. Polislə toqquşma olub.