Gəncədə bazarda yanğın olub

11:03 - 14 Aprel 2024 - HADİSƏ

Gəncə şəhərində bazar ərazisində ümumi sahəsi 150 m² olan talvarın taxta atmaları 25 m² sahədə, piştaxta 40 m² sahədə və 3 ədəd soyuducu qismən yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, bazarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti