İlham Əliyev "AZAL"a prezident təyin etdi

16:39 - 22 Fevral 2024 - Xəbər

Samir Musa oğlu Rzayev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) prezidenti təyin edilib.

Ucnoqta.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Samir Rzayev QSC-nin birinci vitse-prezidenti vəzifəsindən azad edilib.

Xəbər xətti