Ağdamda 4 il əvvəl ölən qızın meyiti tapılıb

13:45 - 22 Fevral 2024 - ÖLKƏ İÇİ

Ağdamda 4 il əvvəl ölən qızın meyiti tapılıb.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun İmamqulubəyli qəsəbəsində qeydə alınıb.

Meyiti tapılan şəxsin qəsəbə sakini, 2000-ci il təvəllüdlü Nəcəfova Nübar Şikar qızı olduğu bildirilir.

Verilən məlumata görə, onu atası, Nəcəfov Şikar Süleyman oğlu 4 il əvvəl qətlə yetirərək evin həyətyanı sahəsində basdırıb.

Meyit hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aşkara çıxarılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Xəbər xətti