Venesuelada mədən çöküb - iki nəfər ölüb

21:12 - 21 Fevral 2024 - DÜNYA

Venesuelanın cənubunda qeyri-qanuni mədənin çökməsi nəticəsində azı 2 nəfər ölüb, 2 nəfər yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Agence France-Presse (AFP) məlumat yayıb.

Zərərçəkənlər ştatın inzibati mərkəzi - Syudad Bolivar şəhərindəki xəstəxanaya aparılıb.

Xilasetmə qrupları hadisə yerinə göndərilib. Məlumata görə, mədəndə 200-ə yaxın adam çalışıb.

Xəbər xətti