Ucnoqta.az
www.ucnoqta.az

Bakı-Sumqayıt elektrik qatarının hərəkət cədvəli dəyişəcək

12:23 - 11 Avqust 2017 tarixində dərc olunub.
Biləcəri stansiyasının tək yolunda aparılan təmir işlərinin başa çatması ilə əlaqədar olaraq avqustun 13-dən 22-nə qədər Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının yanvarın 7-də təsdiq olunmuş hərəkət cədvəli bərpa olunacaq.  Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a daxil olan məlumatda bildirilir. Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər haqqında ətraflı məlumatı www.ady.azsaytından əldə etmək mümkündür.
Müəllif: