Ucnoqta.az
www.ucnoqta.az

Goranboyda iki avtomobil toqquşub

09:55 - 10 Avqust 2017 tarixində dərc olunub.
Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistralının Goranboy rayon Borsunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “VAZ” markalı minik avtomobilinin “KamAZ” markalı yük avtomobili ilə toqquşması nəticəsində 1 nəfər ölüb. Faktla bağlı BDYPİ tərəfindən hadisə yerində araşdırma aparılır.  
Müəllif: